Oktay Gülalıyevin vəziyyəti PİSLƏŞDİ – Son DURUMUbackend

Oktay Gülalıyevin vəziyyəti PİSLƏŞDİSon DURUMU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti pisləşib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə onun oğlu Təbriz Gülalıyev məlumat yayıb.

Təbriz Gülalıyev atasının qastrostomiya borusu dəyişdirildikdən sonra vəziyyətinin pisləşdiyini qeyd edib:

“Atam Oktay Gülalıyevin qastrostomiya borusu dəyişdirildikdən sonra vəziyyəti kəskin şəkildə pisləşib.

Bu gün səhər erkən saatlarda qastrostomiya borusu boşluqdan çıxdığı üçün saat 08.30-a yaxın Topçubaşov adına klinikaya aparılıb. Orada ona müvəqqəti qastrostomiya borusu yerləşdiriblər. Onu da qeyd edim ki, daha öncədən TƏBİB-in dəstəyilə həmin xəstəxanada qastrostomiya borusunun bərpası olmuşdur.

Günün ikinci yarısında həkimin razılığı ilə evə gətirildikdən sonra qastrostomiya borusu ilə yemək verildikdə titrəməyə başlayıb və temperaturu 40-42 dərəcəyə qədər yüksəlib. Təcili olaraq KT keçirilməsi üçün süni nəfəsin tətbiqilə Mərkəzi Klinik xəstəxanasına gətirilib və həkimlər vəziyyətinin kritik olmasının səbəbini beyinlə əlaqələndirir.

Hal-hazırda vəziyyətinin normallaşması və KT olunması üçün reanimasiyaya alınacaq.

Atamla bağlı durumlar TƏBiB-in nəzarəti altındadır”./Yenisabah.az