Qənirə Paşayevanın son vəziyyəti AÇIQLANDIbackend

Qənirə Paşayevanın son vəziyyəti AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın vəziyyəti ilə bağlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, baş həkim APA-ya açıqlamasında bildirib ki, Qənirə Paşayevanın vəziyyəti ağırdır:

“Reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlı müalicəsi davam edir”.

Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputa-tı, Mədəniyyət komitəsinin sədridir.