Öldürülən qadın müğənnilərimiz – FOTObackend

Öldürülən qadın müğənnilərimiz – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadınlara qarşı zorakılıq və qətllər davam edir. Öldürülən qadınların sayı durmadan artır. Qadın qətliamları müəyyən məcrada davam etsə də, ciddi fərq yaradacaq əsl artım şübhəli qadın ölümlərindədir.

NOCOMMENT.az big.az-a istinadən öldürülən qadın müğənniləri təqdim edir.

Səbinə Abbasova – Bu gün saat 7 radələrində Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub. Səbinə Abbasova müğənni olub və ögey qardaşı tərəfindən öldürülüb. Qətlə yetirməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov ilə bağlı iş üzrə şübhəli şəxs qismində tutulub. Qeyd edək ki, H.Abbasov anasını qətlə yetirib və əvvəl də cinayət əməli törədibmiş.

Yaqut Həşimova – Bakıda qətlə yetirilən Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. o, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var. Hadisə qısqanclıq zəminində törədilib. A.Həşimov Y.Nərimanın başını kəsərək küçəyə atıb.

Mirzəyeva Aygün – 1988-ci il təvəllüdlü müğənni Mirzəyeva Aygün Vaqif qızı 8-ci kilometr qəsəbəsində yerləşən otellərin birinin hamam otağında olarkən ona şəxsiyyəti hələlik naməlum olan şəxs 23 bıçaq zərbəsi vurulub. Aygün Mirzəyeva müğənni olub. Hadisə Bakının Nizami rayonunda baş verib.

Nəzakət Məmmədova – 1944-cü il təvəllüdlü Nəzakət Məmmədova Gəncə şəhərində anadan olub. Azərbaycan SSR əməkdar artisti idi. Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan həkimə- Karol Anatoli İvanoviçə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum edilir. Qeyd edək ki, erməni əsilli həkim əməliyyata içkili vəziyyətdə olub.