Ölən müəllimlə bağlı AÇIQLAMAbackend

Ölən müəllimlə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax-Tovuz Regional Təhsil İdarəsi müəllim Elçin Abdıyevin qəbul zamanı ölümü ilə bağlı ittihamlara aydınlıq gətirib.

NOCOMMENT Modern.az-a istinadən bildirir ki, bunu açıqlama verən Qazax-Tovuz Regional Təhsil İdarəsinin aparıcı məsləhətçisi Nəcibə Vəliyeva bildirib ki, qəbul zamanı İdarə müdiri Arslan Hacıyevlə Elçin Abdıyev arasında mübahisə baş verməyib.

“Elçin Abdıyevin vəziyyəti vətəndaş qəbulu otağına daxil olanda pisləşmişdi. Heç danışmağa macal tapmadı. Elçin Abdıyevlə Təhsil İdarəsinin müdiri Arslan Hacıyev arasında hanısısa mübahisənin olduğundan söhbət gedə bilməz. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Uzun illər Tovuz təhsilinə xidmət etmiş Elçin Abdıyevin yaxınlarına başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik”, – qurum rəsmisi deyib.

Qeyd edək ki, yanvarın 18-də Qazax-Tovuz Regional Təhsil İdarəsində keçirilən idarə müdirinin vətəndaş qəbulu zamanı müəllim Abdıyev Elçin Nadir oğlunun qəfildən halı pisləşib. İlkin müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.