Tovuzda avtomobillər toqquşub – Ölən varbackend

Tovuzda avtomobillər toqquşub – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayonunda bir nəfərin ölümü, daha bir nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

NOCOMMENT.az xəbər verir ki, “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Elçin Elvin oğlu Hüseynov dünyasını dəyişib, Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Orxan Abbasov isə ağır yaralanıb.

Yaralı Gəncə şəhərindəki xəstəxanaların birinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.