Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI backend

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 324 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 372, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 302, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 279 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 684 752, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 343 567, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 843 793, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 254 508, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 242 884 nəfər təşkil edir.