Ölümə tərk edilən 41 qeyri-qanuni miqrant xilas edildibackend

Ölümə tərk edilən 41 qeyri-qanuni miqrant xilas edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çanaqqalanın Ayvacık rayonu sahillərində yunanlar ərəfindən Türkiyə ərazi sularına sıxışdırılan 41 nizamsız miqrant xilas ediib.

NOCOMMENT.az xəbər verir ki, Sahil Mühafizəsi Şimali Ege Qrup Komandanlığı qrupları Şimali Egeydə Ayvacık ərazi sularında rezin qayıqda nizamsız miqrantların olduğunu müəyyən edib.

Bölgəyə istiqamətlənmiş “KB-4510” qayığı Türkiyənin ərazi sularına sıxışdırılan Əfqanıstandan olan qeyri-qanuni mühacirləri xilas edib.

Sahilə çıxarılan 41 nəfər əməliyyatlardan sonra Ayvacık Əcnəbiləri Geri göndərmə Mərkəzinə aparılıb.

NOCOMMENT.AZ