Onlar həbsdədirlər, yoxsa istirahət mərkəzində?backend

Onlar həbsdədirlər, yoxsa istirahət mərkəzində?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda korrupsiya ittihamı ilə həbs edilən icra başçılarının dördü hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, Yevlax rayonunun keçmiş icra başçısı Qoca Səmədov, İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyev, Biləsuvar rayonunun keçmiş icra başçısı Mahir Quliyev və Cəlilabad rayonunun keçmiş icra başçısı Namiq Zeynalov cəza müddətlərini Müalicə Müəssisəsində çəkməkdədirlər. Onlar müxtəlif xəstəliklərlə müəssisəyə yerləşdiriliblər.

Mediada Penitensiar Xidmətin Müalicə Müəssisəninin əslində istirahət mərkəzi kimi fəaliyyət göstərməsi haqda dəfələrlə məlumat yayılıb. Bildirilir ki, həbs edilən məmurların da bu müəssisəyə köç etməsinin başlıca səbəbi bu istirahət xidmətindən yararlanmaqdır. Keçmiş icra başçılarının hansı müddətə burada qalacaqları, cəzaçəkmə müəssisəsinə qayıdıb qayıtmayacaqları bəlli deyil.