“Onların bu torpaqda yaşamaq haqqı yoxdur” – Deputatbackend

“Onların bu torpaqda yaşamaq haqqı yoxdur” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində 4 polisimiz həlak olub.

Həmçinin, yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb, nəticədə agentliyin 2 əməkdaşı həlak olub.

NOCOMMENT.az xəbər verir ki, ermənilərin növbəti terroru ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.aza danışıb.

Deputat dedi ki, bu, bir daha ermənilərin Azərbaycana qarşı terrorun ən qəddar üsullarına əl atdığını göstərir:

“Hazırda regionda sülh məsələsi mühüm çağırışa çevrildiyi bir vaxtda ermənilərin terror törətməsi bir də onu göstərir ki, nə Ermənistanda, nə də Azərbaycanda yaşayan ermənilər sülh istəyirlər. Bu təxribatlar Azərbaycanı daha qətiyyətli addımlar atmağa sövq etdi. Mən düşünürəm ki, humanitar fəlakət adı altında öz məqsədlərinə çata bilməyən ermənilər Azərbaycanın qətiyyətli iradəsi qarşısında geri çəkilməli oldular və Ağdam-Xankəndi yolu faktiki olaraq açıldı. Ona görə də, bir daha guya ki, problem olduğunu, bu cür terror aktı faktları ilə dünyanın diqqətini Azərbaycanın üzərində cəmləşdirmək istəyirlər ki, burada ermənilərlə bağlı problemlər var. Amma görünür, onları başa düşmürlər ki, Azərbaycan bu problemi birdəfəlik həll edə bilər və ermənilər bir daha Azərbaycan torpağında terror törədə bilməzlər. Ona görə ki, onlar Azərbaycanı tərk etməli olarlar. Yəni Azərbaycanın səbrinin limiti var. Əgər bizim torpaqlarımızda yaşayıb, bizim xalqımıza qarşı, bizim hüquq mühafizə qurumlarına qarşı kimsə terror törədəcəksə, əmin olsunlar ki, onların bu torpaqda yaşamaq haqqı yoxdur”.

H.babaoğlu qeyd etdi ki, hazırda ermənilərin bu təxribatlarına ən layiqli cavabı Azərbaycan Ordusu verir.

Qeyd edək ki, bu gün Azərbaycan Ordusu Qarabağda anti-terror əməliyyatlarına başlayıb. Hazırda əməliyyat davam edir və düşmənin bir çox hərbi texnikaları, postları məhv edilib.