Şuşada konsulluğun açılması zəruridir – Millət vəkilibackend

Şuşada konsulluğun açılması zəruridir – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan-Türkiyə münasibətləri dərin strateji əsaslara malik, sabit və ardıcıl münasibətlərdir. İki qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsi başqa heç bir iki ölkə arasında olmayan, tamamilə yeni bir müttəfiqlik nümunəsidir. Ona görə də bu müttəfiqliyə uyğu olaraq bütün zəruri addımlar vaxtı yetişdikcə atılır və bundan sonra da atılacaq”.

NOCOMMENT.az Musavat.com-a istinadən xəbər verir ki, bu fikirləri millət vəkili Hikmət Babaoğlu Şuşada Türkiyə konsulluğunun açılması ilə bağlı Türkiyə prezidenti R.T.Ərdoğanın açıqlamasını şərh edərkən bildirib. H. Babaoğlu qeyd edib ki, Şuşada qardaş ölkənin konsulluğunun açlması da hazırda zəruri olan bir addımdır və bunun hər hansı ölkənin digər hansısa ərazidə konsulluq açması ilə heç bir əlaqəsi yoxdur:

“Artıq Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda ikinci beynəlxalq hava limanı istifadəyə verilib. Kilometrlərlə yollar çəkilib, körpülər, tunellər inşa edilib və digər mühüm kommunikasiyalar qurulub. Bütün bunlar isə regionda iqtisadi, mədəni inteqrasiya və mübadiləni radikal şəkildə intensivləşdirəcək. İstər qardaş ölkə Türkiyədən, istərsə də digər ölkələr və Azərbaycanın daxilindən bu iki yeni iqtisadi rayonuna kütləvi axın başlayacaq. Yəni işğaldan azad olunmuş ərazilərimiz ciddi iqtisadi və turizm üçün cəzbedici mərkəzə çeviriləcək. Belə olan halda Türkiyə ilə Azərbaycan arasında intensiv mübadilənin asanlaşdırılması üçün Şuşada konsulluq xidmətinin açılması zəruri tələbata çevirilir. Ona görə də belə bir diplomatik xidmətin açılmasının tam zamanıdır”.