Onlayn tədrisə başlayacaq ölkələrbackend

Onlayn tədrisə başlayacaq ölkələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq pandemiya iki ilə yaxındır ki, davam edir. Bir çox ölkələrin sərhədləri bağlıdır, karantin rejimi hökm sürür. Bununla yanaşı artıq bu aylardan etibarən payıza doğru bəzi dövlətlərdə yenidən ciddi karantin rejimi qaytarılır. Təhsil isə ayrı-ayrı ölkələrdə fərqli formatda davam edəcək.

NOCOMMENT.az xəbər verir ki, qonşu ölkələrdən İran bu il də onlayn təhsilə üstünlük verəcək. Digər ölkələrdən Gürcüstan və Ermənistan onlayn formada tədris ilini başlayacaq.

Qardaş Türkiyəməktəblərində həftədə 5 gün olmaqla ənənəvi təhsil aparılacaq. Həmçinin universitetlərin də ənənəvi tədrisi bərpa edəcəyi bildirilir.

Rusiya da artıq tədris sentyabrın 1-dən ənənəvi qaydada başlayıb.

Azərbaycanda tədris sentyabrın 15-dən başlayacaq. Ancaq hələ ki, tədris formatı ilə bağlı məzmun açıqlanmayıb.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə bildirib ki, tədrisin bütün pillələri üzrə hansı tarixdə və formada təşkili ilə bağlı qəbul ediləcək qərarlara dair çox yaxın günlərdə ətraflı məlumat veriləcək.
Bakupost