Orban Trampın qalib gəlməsini arzulayır – ABŞ-də GÖRÜŞbackend

Orban Trampın qalib gəlməsini arzulayır – ABŞ-də GÖRÜŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban Floridadakı Mar-a-Laqo malikanəsində 45-ci ABŞ prezidenti Donald Trampla görüşüb.

NOCOMMENT.az xəbər verir ki, Orbanın mətbuat katibi Bertalan Havasi vurğulayıb ki, tərəflər arasında danışıqlar bir saat davam edib.

Sözçü Orban və Trampın hansı mövzuları müzakirə etdiklərini açıqlamasa da, ABŞ-yə səfərdən əvvəl Macarıstan rəsmiləri Ukraynadakı vəziyyəti və iki ölkə arasındakı münasibətləri nəzərdən keçirəcəklərini bildiriblər. Macarıstan hökuməti Trampın noyabr seçkilərində qalib gəlməsini və Ağ Evə qayıtmasını arzuladığını gizlətmir.

ABŞ Prezidenti Co Bayden Macarıstanın Baş naziri Viktor Orbanı diktaturaya can atmaqda ittiham edib. Ağ Ev rəhbəri sabiq prezident Donald Trampla görüşünü şərh edərkən macar siyasətçi haqqında da danışıb.