“Oser faciəsi”nə gülən erməniləri 30 il aşağılamaq şansımız: 9-1 backend

“Oser faciəsi”nə gülən erməniləri 30 il aşağılamaq şansımız: 9-1 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqalya-Ermənistan oyunundan əvvəl erməni mediası demək olar ki, susmur , komandasının uğurlu oyun aparacağını, ölkəsinə qələbə sevinci yaşadacağını yazırdı. Səbəb kimi Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo İrlandiya ilə səfər oyununda 2:0 hesabı ilə uduzan Portuqaliya matç zamanı Ronaldonun qırmızı vərəqə alması idi.

Hər şeyin xəyalını qurub onu gerçək kimi yaşamağa başlamağı adət etmiş ermənilər Ronaldonun Ermənistanla oyunda iştirak etməyəcəyini düşünüb, Ermənistanın mütləq qələbə çalacağına əmin idilər. Deyirlər e, sən saydığını say, gör fələk nə sayır.

Deməli, DÇ-2026-nın seçmə mərhələsinin F qrupunda sonuncu – 6-cı turun oyunları keçirilib. Portuqaliya millisi Portuda Ermənistan komandasını qəbul edib. Görüşdə meydan sahibləri rəqiblərini darmadağın edib – 9:1.

Hazırda Erməstanda futbolla əlaqəsi olmayanlar belə şok yaşayır, üzüntüdən az qala havalanmaq dərəcəsinə çatıblar. “Qurduğun xəyala inanmağın” sonu bu ola gərək.

Xatırladım ki, 6 sentyabr 1995-ci il millimiz Fransaya 10-0 uduzanda oyuna azarkeşlik edən minlərlə erməni elə stadionda komandamıza aşağılayıcı münasibətlər sərgiləmişdi. Hətta o vaxt fransız müxbirə oyun təəssüratlarını bildirən erməni əsilli bir fransız: “Onlar döyüş meydanında da bizə uduzublar” demişdi (You Tubedə kadrlar var)

Bu gündən sonra ən azı 30 il də biz erməniləri hədəf alıb, onlardan bizə Fransa oyunda sərgilədiyi münasibətin “qisasını” alarıq.

Əntiqə Rəşid