İstanbulda təmir işləri aparılan oteldə yanğın baş verib.
NOCOMMENT xəbər verir ki, Türkiyədə təmir işləri aparılan otelin anbarında baş verən yanğında sıxışan 2 işçi yanğınsöndürənlər tərəfindən xilas edilib.
İstanbulun Fatih səmtində 5 mərtəbəli otelin anbar hissəsində yanğın baş verib.
Anbardakı çarşaflar alovlandığından qatı tüstü yaranıb və tüstü sürətlə bütün oteli bürüyüb.
Gələn qruplar anbarda yanan çarşaflara müdaxilə etməyə başlayarkən, sıxışan 2 işçi nərdivanla xilasetmə maşını ilə qurtarıldı.