Özünə hörmət qoyan “MADO”ya getməsin…backend

Özünə hörmət qoyan “MADO”ya getməsin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az 7news.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Ülviyyə Quliyeva məlumat verib.

O, MADO-ya birdəfəlik əlvida dediyini açıqlayıb:

“Dünən iş görüşməsi üçün Mado-ya getmişdim..Ora hər gedəndə ürəyim dondurma istəyir.. Menyuda bər-bəzəkli od qiymətinə olanı seçmədik..Dedim sadə qabda üç top dondurma gətirin. Bu da gətirdikləri, qaşıqlayıb qoyublar qaba. Biri 2 manat 80 qəpik. Yəni, bu qabın içindəki səkkiz manat 40 qəpikdir. Bununla da Mado-ya ömürlük ƏLVİDA!”

P.S Mən küçədə baxdığım pişiklərin önünə heç belə görünüşdə yemək qoymuram.

MADO Azərbaycan bu top dondurmadırmı?