Pakistan qayıq qəzasında ölən vətəndaşların şəxsiyyətini müəyyən etmək üçün DNT nümunəsi topladıbackend

Pakistan qayıq qəzasında ölən vətəndaşların şəxsiyyətini müəyyən etmək üçün DNT nümunəsi topladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda səlahiyyətlilər keçən həftə Yunanıstan sahillərində miqrant qayığı qəzasında ölən pakistanlıların şəxsiyyətini müəyyən etmək üçün onların ailələrindən DNT nümunələri götürüblər.

NOCOMMENT.az xəbər verir ki, 28 ailədən DNT nümunələri götürülüb.

Kəşmirin Kotli bölgəsində yaşayan Raja Zafer İqbal hadisədə 2 qardaşı oğlunu itirdiyini dilə gətirən İkbal ailəsinin şokda olduğunu bildirib.

İqbal insan qaçaqmalçılarının polis tərəfindən saxlanılsa da, qardaşı oğulları geri qayıtmayacağını bildirib.

Pəncab əyalətinin Qucranvala şəhərinin insan qaçaqmalçılarının mərkəzi olduğunu qeyd edən İqbal səlahiyyətlilərdən bu insanlara qarşı tədbir görülməsini istəyib.

NOCOMMENT.AZ