Pakistanda leysan yağışları 27 nəfərin ölümünə səbəb olubbackend

Pakistanda leysan yağışları 27 nəfərin ölümünə səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda leysan yağışlarının yaratdığı torpaq sürüşmələri nəticəsində azı 27 nəfər ölüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Hayber-Paxtunxva əyalətinin fəlakətlərin idarə edilməsi şöbəsi feysbuk səhifəsində məlumat yayıb.

“Son dörd gün ərzində əyalətdə yağan yağışların yaratdığı torpaq sürüşmələri nəticəsində 27 nəfər ölüb, 38 nəfər yaralanıb”, – məlumatda deyilir.

Qeyd olunub ki, təbii fəlakət nəticəsində 33 ev dağılıb, daha 129 evə ziyan dəyib.

Hazırda fəlakət bölgəsində xilasetmə işləri davam etdirilir.