Pakistanın üçdə biri su altında qaldıbackend

Pakistanın üçdə biri su altında qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güclü yağışlar nəticəsində Pakistan ərazisinin üçdə birindən çoxu su altındadır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın məlumatına görə, məlumat Avropa Kosmik Agentliyinin (ESA) peyk fotoşəkilləri ilə təsdiqlənib.

Bildirilir ki, daşqınlar əlavə fəlakətlərə səbəb olmaq təhlükəsi yaradır.

Ölkədə ərzaq çatışmazlığı yaranıb, milyonlarla hektar əkin sahəsi su altında qalıb, yüz minlərlə mal-qara tələf olub. Humanitar təşkilatlar isə yoluxucu xəstəliklərin artması ilə bağlı xəbərdarlıq edir.

İyunun ortalarında daşqınlar 1200-dən çox insanın həyatına son qoyub, onlardan 400-ə yaxını uşaqdır, milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Pakistanın musson mövsümü adətən leysan yağışlarla müşayiət olunur, lakin Pakistan Meteorologiya Departamentinin məlumatlarına görə, bu il 1961-ci ildən bəri ən yağışlı mövsüm olub.
Modern