Parisdə etiraz aksiyaları – 16 minə yaxın insan…backend

Parisdə etiraz aksiyaları – 16 minə yaxın insan…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parisdə miqrasiya qaydalarını sərtləşdirən yeni qanuna qarşı keçirilən etiraz aksiyasında 16 minə yaxın insan iştirak edib.

NOCOMMENT.az xəbər verir ki, Həmkarlar ittifaqı nümayəndələri Parisin mərkəzindəki Trokadero meydanında başlayan nümayişə 25 minə yaxın insanın gəldiyini bildiriblər.

Ümumilikdə ölkədə yeni miqrasiya qaydalarının ləğvi şüarları altında 160-dan çox nümayiş keçirilib. Polisin verdiyi məlumata əsasən, aksiyalarda ümumilikdə 75 min insan iştirak edib. Təşkilatçılar isə 150 min iştirakçının olduğunu qeyd ediblər. Etirazlar qəbul edilən sənədin əsas qanuna uyğun olub-olmadığını müəyyən etməli olan Fransa Konstitusiya Şurasının qərarının elan edilməsinə dörd gün qalmış baş tutub.

Xatırladaq ki, Parlamentin dekabrın 19-da qəbul etdiyi qanun əcnəbilərə sosial müavinətlərin ödənilməsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır, miqrasiya kvotalarını müəyyən edir, torpaq qanunvericiliyinin avtomatlaşdırılmasını şübhə altına alır və “qanunsuz yaşamaq cinayətini” bərpa edir:

“İmmiqrasiya qanunu irqçidir. Biz bunu istəmirik, onunla mübarizə aparırıq. Prezident Emmanuel Makron hökuməti miqrantlara bir heç kimi yanaşır. Baxmayaraq ki, onlar tikinti sahələrində, restoranlarda və digər yerlərdə bütün çirkli işləri görürlər”.