Parisin mühasirəsi davam edir – 15 min polisi səfərbər edildibackend

Parisin mühasirəsi davam edir – 15 min polisi səfərbər edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada hökumətə etiraz edən fermerlər Parisin “mühasirəsini” davam etdirirlər.

NOCOMMENT.az xəbər verir ki, fermerlər asta sürətlə hərəkət edən yüzlərlə traktor və kombaynlarla, həmçinin, ot bağlamaları ilə Parisə gedən yolları ikinci gündür ki, bağlı saxlayır. Bəzi etirazçıların özü ilə qida ehtiyatı, su və çadırlar götürərək barrikadaları qoruduğu bildirilir.

Məlumata görə fermerlər bu yolla Ukrayna müharibəsi fonunda çətin vəziyyətə düşən fermer təsərrüfatının gələcəyi ilə bağlı hökumətə təzyiq göstərməyə çalışır. Fransa hökuməti etirazçıların paytaxta daxil olmasının qarşısını almaq məqsədilə əksəriyyəti Parisə olmaqla 15 min polisi səfərbər etdiyini bəyan edib.

Qeyd edək ki, bazar ertəsi günü taksi sürücüləri də “asta sürmək etirazı” keçirərək Parisin küçələrində, eləcə də ölkənin digər bölgələrində xaotik vəziyyət yaradıblar. Bununla əlaqədar rəsmilər sakinləri mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyə çağırıb.