Parklanmaya görə nağd ödənişlər qanunsuzdur – Ekspertbackend

Parklanmaya görə nağd ödənişlər qanunsuzdur – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Parklanmaya görə nağd ödənişlər qanunsuzdur”. 

 

NOCOMMENT.az xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Ekspert parklanma ilə bağlı bir sıra məqamları açıqlayıb. Qeyd edib ki, rəsmi parkinq yerində ödəniş tələb etmək qanunsuzdur: “Həmçinin kimsə axşam saat 10-dan sonra sizdən rəsmi parkinq yerində pul istəyirsə, bu yolverilməzdir. O cümlədən, bazar günü rəsmi parkinq yerində sizdən pul təıəb edilməsinə də qanun icazə vermir”.

Elməddin Muradlı bildiirb ki, burda söhbət yerüstü parkinq yerlərindən gedir: “Azərbaycanda bazar günü və hər gün axşam saat 10-dan səhər saat 7-yə qədər parkinq pulsuzdur. Parklanma yerlərində ödənişlər yalnız onlayn qaydada həyata keçirilir.Bəziləri axşam saat 10-dan sonra AzParkinq-in əməkdaşları ərazini tərk edən kimi və bazar günü əraziyə gələrə vətəndaşları aldadır və deyir ki, bazar günü və axşam saat 10-dan sonra parklanmaya biz baxırıq. Bütün bunlar qanunsuzdur və heç kimə ödəniş etməyə bilərsiniz”.