Parklardakı əyləncə qurğularının vəziyyəti ciddi narahatlıq doğurur – VİDEObackend

Parklardakı əyləncə qurğularının vəziyyəti ciddi narahatlıq doğurur – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının mərkəzindən nisbətən kənarda olan ərazilərdəki parklarda attraksionların texniki vəziyyətinin yoxlanılıb-yoxlanılmaması sual doğurur.

NOCOMMENT.az xəbər verir ki, Baku TV məsələni aydınlaşdırmaq üçün metronun “Azadlıq” stansiyasının yaxınlığındakı parkda yerləşən əyləncə qurğularının vəziyyəti ilə maraqlanıb.

Sakin mövzu ilə bağlı açıqlamasında bildirib ki, təhlükəsizlik bir nömrəli məsələ olsa da, burada sıfır səviyyəsindədir.

Parkdakı əyləncə qurğularına cavabdeh olan şəxslər isə təhlükəsizliyin qorunduğunu desələr də, bununla bağlı sənəd təqdim etməkdən və aidiyyəti qurum tərəfindən nəzarətin hayata keçirildiyinə dair sübut göstərməkdən imtina ediblər.

“Özümüz baxıb yoxlayırıq. Başımız çıxmasa, qurğuların burada nə işi var?! İldə bir dəfə gəlib yoxlanış da edirlər”, – deyə sahibkar söyləyib.