Parlamentin içini çoxdan külək aparıb – Partiya sədrindən ŞOK AÇIQLAMAbackend

Parlamentin içini çoxdan külək aparıb – Partiya sədrindən ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Maliyyə naziri Samir Şərifov deyib ki, ərzaq məhsullarının idxalında və yaxud vergilərində heç bir rüsum qaldırılmayıb. Şübhəsiz ki, insanlar bunu qiymət qaldırılması kimi başa düşürlər. Bu, yanlışdır. Rüsumlar qaldırılmayıb, bu, doğrudur, amma bazarda qiymətlərin artması üçün hökumət kifayət qədər “fəaliyyət” göstərib.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Ümid Partiyasının sədri İqbal Ağazadə “Xural TV”nin efirindəki çıxışı zamanı səsləndirib. O bildirib ki, yanacağın, işığın, qazın, suyun, çirkab sularının daşınması xidmətinin qiyməti qaldırılıb.

Nəticədə bazarda qiymətlər yüksəlib: “2021-ci ilin dövlət büdcəsində yaşayış minimumu 196 manat müəyyən olunub. Təkcə bu dönəmlərdə kələm 5 dəfə, kartof 30 faiz, bitki yağı 100 faiz, kərə yağı 20 faiz, mərci 40 faiz, yuyucu vasitələri 50 faiz, un məmulatları 40 faiz, kolbasa-sosiska məhsulları 30 faiz, süd məhsulları 45 faiz bahalaşıb. Çörəyin qiyməti artmasa da, çəkisi 100 qram azalıb. Ümumilikdə, bütün qiymətlər 45 faiz yüksəlib”.

İqbal Ağazadə Fuad Qəhrəmanlını şiddətlə qınadı » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

İqbal Ağazadə əlavə edib ki, ölkədə ciddi sosial böhran yaranıb: “İqtisadi, siyasi böhran olduğunu demirəm, amma sosial böhran var. Bu böhran iqtisadi böhrana çevrilə bilər. Onun qarşısını almaq üçün mütləq çox böyük islahatlara ehtiyac var. Bələdiyyələrdən tutmuş, parlamentə qədər böyük islahatlar həyata keçirilməlidir. Çünki parlamentin içini külək çoxdan aparıb. Orada olanlar seçicilərin seçdiyi adamlar deyil. Çünki parlamentdə oturanlar deyir ki, qiymət artımından vətəndaş ziyan görməyəcək. Başa düşmürəm, bəs bu artımlar kimin üçündür? Ümumiyyətlə, parlamentdə əyləşənlər çoxdan küləyə verilib” – partiya sədri fikirlərini tamamlayıb.

konkret.az