Paşinyan Azərbaycan tərəfdə 100 erməninin cəsədi barədə sualdan yayındıbackend

Paşinyan Azərbaycan tərəfdə 100 erməninin cəsədi barədə sualdan yayındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hakimiyyəti Bakının 12-13 sentyabr döyüşləri zamanı həlak olan 100-ə yaxın erməni əsgərin cəsədini təhvil verməyə hazır olması barədə bəyanatını şərh etmir.

NOCOMMENT xəbər verir ki, Baş nazir Nikol Paşinyan parlamentdə deputatlardan birinin – “Azərbaycan tərəfdə 100 erməni hərbçinin cəsədinin olması doğrudurmu?”, – sualına dəqiq cavab verməyib.

“Bu günə qədər həlak olanların sayını dərc etmişəm. Təbliğat tezislərini qaldırmamağı və müzakirə etməməyi təklif edirəm”, – deyə o cavabdan yayınıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndə heyəti cəsədlərin təhvil verilməsi barədə təklif aldığını təsdiqləyib. Lakin həlak olanların cəsədlərinin Ermənistana nə vaxt və harada veriləcəyi məlum deyil.