Paşinyan Bakı ilə TƏCİLİ SÜLHƏ hazırlaşır – Gizli görüşün detalları üzə çıxdıbackend

Paşinyan Bakı ilə TƏCİLİ SÜLHƏ hazırlaşır – Gizli görüşün detalları üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri Nikol Paşinyanın fevralın 14-də Mülki Müqavilə Partiyasının deputatları ilə görüşünün detalları bəlli olub.

NOCOMMENT Globalinfo-ya istinadən xəbər verir ki, bu iddia ilə “Joxovurd” qəzeti çıxış edib.

Məlumata görə, görüş zamanı Azərbaycanla sülh müqaviləsi layihəsi müzakirə edilib. Baş nazir deputatlara Azərbaycanla danışıqları tez bir zamanda başa çatdırıb, Türkiyə ilə münasibətləri nizamlamaq gərəkdiyini bildirib. Bununla belə, qəzet XİN rəhbəri Ararat Mirzoyanın dünənki Ankara səfərindən sonra hakim partiyada Paşinyanın istəyinin gerçəkləşəcəyinə ümidlərin artdığını bildirib.

Qeyd edək ki, fevralın 14-də Paşinyan öz partiyasından olan deputatlarla görüş keçirib. Görüş təxminən bir saat çəkib və daha sonra baş nazir jurnalistlərin suallarını cavablandırmadan iclası tərk edib. Görüşü Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan davam etdirib ki, onu da deputatlar sıxışdıraraq Bakı ilə münasibətləri zamanında nizamlamamaqda ittiham ediblər. Ən maraqlı məqam isə Paşinyanın bu görüşü təcili olaraq Rusiya Dumasının spikeri Vyaçeslav Volodinin “Ermənistan bir dövlət kimi məhv ola bilər” bəyanatından dərhal sonra keçirməyidir.