KİV: ABŞ və Aİ Paşinyandan Rusiyameyilli məmurlardan xilas olmağı tələb edirbackend

KİV: ABŞ və Aİ Paşinyandan Rusiyameyilli məmurlardan xilas olmağı tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş naziri Nikol Paşinyan ABŞ və Avropa İttifaqı qarşısında bütün Rusiyameyilli məmurları komandasından təmizləmək barədə öhdəlik götürüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Qeyd olunub ki, Ermənistan hakimiyyətinin dərc olunan sənədlər və bəyanatlardan başqa ABŞ və Avropa İttifaqı (Aİ) qarşısında öhdəlikləri var:

“Qərb Paşinyandan Rusiya ilə yaxın əlaqələri olan şəxslərin vəzifədən uzaqlaşdırılmasını tələb edir. Aİ isə ayırdığı maliyyə vəsaitinin yalnız etibarlı insanların əlində olmasını istəyir”.

Nəşrin yazdığına görə, Aİ-nin xüsusilə, təhlükəsizlik sahəsində çalışan insanlarla bağlı ciddi narahatlığı var: “Baş nazirin onlardan xilas olması tələb edilir”.