Paşinyan Filip Rikeri qəbul edibbackend

Paşinyan Filip Rikeri qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər Qarabağ problemini, o cümlədən Stepanakertlə (Xankəndi) Bakı arasında müzakirələrin aparılması üçün beynəlxalq mexanizmin formalaşdırılması imkanlarını müzakirə ediblər.

Bundan əlavə, tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, regionda sabitlik və təhlükəsizlik məsələlərinə də toxunublar.

Paşinyan və Riker Ermənistan-Amerika münasibətlərinin inkişafını da müzakirə ediblər.

Qeyd edək ki, baş müşavirin Ermənistana səfəri dekabrın 4-dək davam edəcək. Xatırladaq ki, o, İrəvandan əvvəl Bakı və Tblisidə səfərdə olub.