Paşinyan: Gürcüstan Ermənistanın Avropaya açılan yoludurbackend

Paşinyan: Gürcüstan Ermənistanın Avropaya açılan yoludur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyan Avropa İttifaqı ilə Gürcüstan arasında siyasi dialoqun bərpasına çağırıb.

NOCOMMENT.az xəbər verir ki, Ermənistanın baş naziri hesab edir ki, ölkəsinin Avropa İttifaqına inteqrasiyası yolunda əsas problemlərdən biri Aİ ilə Gürcüstan arasında siyasi dialoqun dondurulmuş vəziyyətdə olmasıdır.

Paşinyan Avropa Parlamentində çıxışı zamanı bildirib ki, Gürcüstan Ermənistan üçün Avropaya aparan əsas marşrut rolunu oynayır və buna görə də Aİ-nin Tbilisi ilə siyasi dialoqu yenidən aktivləşdirməsi vacibdir.

Ermənistanın baş naziri qeyd edib ki, İrəvan Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusu əldə etməsindən sonra ölkənin Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun qəbul edib. Onun sözlərinə görə, bu addım Ermənistanın Avropa ilə inteqrasiya kursunun rəsmi şəkildə başlanmasını göstərir.

Aliyə
NOCOMMENT.az