Paşinyan hökumətinin ikiüzlülüyü ifşa olunur – İrəvan müharibəyə hazırlaşırbackend

Paşinyan hökumətinin ikiüzlülüyü ifşa olunur – İrəvan müharibəyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ermənistanın müdafiə nazirinin dəvəti ilə Yunanıstanın milli müdafiə naziri Nikolas Dendias İrəvana rəsmi səfərə gəlib.

NOCOMMENT.az azpolitika.info-ya istinadla xəbər verir ki, Müdafiə Nazirliyində keçirilən görüşdə Ermənistanın müdafiə naziri Suren Papikyan və Nikolaos Dendias arasında təkbətək söhbət olub, daha sonra nümayəndə heyətlərinin geniş tərkibdə iştirakı ilə görüş keçirilib.

Görüş zamanı Ermənistan və Yunanıstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib.

Ermənistan və Yunanıstan ötən ilin sonunda hərbi-texniki əməkdaşlıq müqaviləsi imzalasa da, tərəflər nə barədə razılaşdıqlarını açıqlamırlar.

Bu gün də Ermənistanın Müdafiə Nazirliyi geniş açıqlama verməyib. Bildirib ki, tərəflər iki ölkə hökumətləri arasında hərbi-texniki əməkdaşlıq haqqında sazişin ratifikasiyasından sonra əlaqələrin gücləndirilməsi barədə razılığa gəliblər.

Yunanıstanın milli müdafiə naziri Nikos Dendias isə bildirib ki, Ermənistan, Yunanıstan, Fransa və Hindistan arasında dördtərəfli əməkdaşlıq mümkündür.

Nazir qeyd edib ki, Ermənistan, Yunanıstan və Kipr arasında uğurlu üçtərəfli hərbi əməkdaşlıq yaradılıb:

Qeyd edək ki, Ermənistan sözdə sülhdən danışsa da, reallıqda müharibəyə hazırlaşır. Rusiyadan istədiyi qədər silah ala bilməyən İrəvan Fransa, Hindistan və digər ölkələrlə hərbi əməkdaşlıq qurmağa can atır.

Bu isə Paşinyan hökumətinin ikiüzlülüyündən xəbər verir. Moskvanı şantaj edərək Azərbaycanla müharibəyə cəlb edə biməyən İrəvan indi Fransanın və Yunanıstanın anti-türk siyasətindən yararlanmağa, onların köməyi ilə silahlanmağa çalışır. Ancaq unudur ki, növbəti təxribatları və revanş cəhdləri Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altında qoyacaq.