Paşinyan Qarabağ separatçılarına söz verdibackend

Paşinyan Qarabağ separatçılarına söz verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq bildiyiniz kimi, mən “Artsax” məsələsi ilə bağlı Ermənistan hakimiyyəti ilə siyasi məsləhətləşmələr aparmaq üçün İrəvandayam”.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bunu Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan özünün feysbuk səhifəsində yazıb.

O, xüsusilə qeyd edib: “Bu məqsədlə mən Ermənistan Təhlükəsizlik Şurasının iclasında iştirak etdim. Müzakirələrdən sonra bir daha demək istəyirəm ki, indiki mərhələdə “Artsax”ın statusu ilə bağlı bir dənə də olsun sənəd müzakirə olunmur”.

A.Arutyunyan deyib ki, o, iclasda çıxış edərək Qarabağ ermənilərinin qorxduğu məsələləri Ermənistan hakimiyyətinin diqqətinə çatdırıb.

Araikin sözlərinə görə, Ermənistan hakimiyyətinin rəhbərliyi söz verib ki, separatçılarla müzakirə aparılmadan və onların rəyi nəzərə alınmadan Qarabağla bağlı bir dənə də olsun sənəd imzalanmayacaq.

O, həmçinin deyib ki, rəhbərlik etdiyi “nümayəndə heyəti” İrəvanda Ermənistanın xarici işlər naziri, parlamentin sədri və digər rəsmi şəxslərlə siyasi məsləhətləşmələri davam etdirəcək.