Paşinyan Tavuşun keşişini HƏDƏLƏDİ: Mümkün olan ən qaba güc…backend

Paşinyan Tavuşun keşişini HƏDƏLƏDİ: Mümkün olan ən qaba güc…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan hazırda İrəvana yürüş təşkil edən keşiş Qalstanyanın tərəfdarlarına güc tətbiq olunacağını istisna etməyib.

NOCOMMENT.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında jurnalistin sualına cavab verərkən danışıb.

“Kimsə qeyri-qanuni hərəkət edəcək ki, kobud güc mövzusu gündəmə gətirilsin? Siz bura gələndə kobud gücə məruz qalmısınız? Qanunsuz heç bir şey etmədiyiniz üçün müraciət olunmadı. Amma burada qumbara çıxarmağa çalış, at, sənə qarşı mümkün olan ən kobud güc tətbiq olunacaq. Yoxsa heç nə olmayacaq”, – deyə Paşinyan bildirib.