Paşinyan terrorçuların lideri ilə müzakirə apardıbackend

Paşinyan terrorçuların lideri ilə müzakirə apardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş naziri Nikol Paşinyan Qarabağda terrorçularının rəhbəri Araik Arutyunyanla telefonda danışıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, müzakirələr məğlubiyyətlə başa çatan 44 günlük müharibəyə həsr olunub.

Həmsöhbətlər, xüsusilə, erməni əsirlərin geri qaytarılmasının təmin edilməsi, təhlükəsizlik problemlərinin həlli, Qarabağda infrastrukturun yaxşılaşdırılması və mənzil tikintisi mövzusuna toxunublar.

Sonda Paşinyan və Arutyunyan vurğulayıblar ki, Ermənistan və Qarabağ hökumətləri Artsaxı canlandırmaq və daha da inkişaf etdirmək üçün hər cür səy göstərəcəklər.