Paşinyan və Sarkisyan müxalifətin təklifini dəstəkləməyiblərbackend

Paşinyan və Sarkisyan müxalifətin təklifini dəstəkləməyiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müxalifətdə olan Parlaq Ermənistan Partiyası 44 günlük döyüşü və hərbi əməliyyatlaradək olan dövr ərzindəki vəziyyəti araşdırmağı təklif edib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzeti bildirib.

Deputat Edmon Marukyanın başçılıq etdiyi partiyanın təklifini Qaqik Tsarukyanın Çiçəklənən Ermənistan Partiyası, Daşnaksutyun və Aram Sarkisyanın Respublika Partiyası dəstəkləyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın Mənim addımım və keçmiş prezident Serj Sarkisyanın başçılıq etdiyi Ermənistan Respublikaçılar Partiyası bu təklifdən imtina edib.

Təklifə əsasən, araşdırma komissiyasının tərkibinin 16 nəfərdən ibarət olması, parlamentdəki fraksiyaların hər birindən 4 namizəd, parlamentdən kənar 3 partiyanın hərəsindən bir namizəd irəli sürülür. Təklifdə komissiyaya İnsan hüquqlarını müdafiə ofisinin Ermənistandakı nümayəndəsinin də daxil olması qeyd olunub.

Mütəxəssislər Paşinyan və Sarkisyanın partiyalarının təklifi dəstəkləməməsini təsadüfi saymır. İndiyədək parlamentdə 2016-cı ilin aprel döyüşlərini araşdıran komissiya fəaliyyət göstərir. Ehtimal olunur ki, bundan sonra həmin komissiya öz işini dayandıracaq. Müxalifətin təklifindən imtina edilməsi də bununla bağlı ola bilər. Başqa sözlə, Nikol Paşinyanın Aprel döyüşlərini araşdırmağı dayandırması qarşılığında Sarkisyan da 44 günlük döyüşlərin müzakirə olunmamasını dəstəkləyəcəyini boyun olub.