Paşinyanın Qarabağdan köçən ermənilərin vətəndaşlıq almaları üçün ŞƏRTLƏRİbackend

Paşinyanın Qarabağdan köçən ermənilərin vətəndaşlıq almaları üçün ŞƏRTLƏRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti Qarabağdan köçənlərə ölkə vətəndaşlığını almaq imkanı yaradacaq.

NOCOMMENT.az TASS-a istinadla  xəbər verir ki , ölkənin baş naziri Nikol Paşinyan bunun üçün şərtləri açıqlayıb .

O, İrəvanın Qarabağdan köçənlərə müvəqqəti müdafiə statusu verəcəyinə aydınlıq gətirib. Onun sözlərinə görə, oktyabrın 26-da keçiriləcək iclasın gündəliyinə hökumətin qərar layihəsi daxil edilib. Bu, onlara öz hüquqlarını qorumağa imkan verəcək. O əlavə edib ki, qərarın mahiyyəti Ermənistanın Qarabağ ermənilərinin “qaçqın” olması faktını təsdiq etməsidir.

Paşinyan qeyd edib ki, belə hallar həm yerli, həm də beynəlxalq səviyyədə onların hüquqlarının müdafiəsi imkanlarını genişləndirəcək. Bu qərar qəbul edildikdən sonra bölgədən olan “məcburi köçkünlər” Ermənistan vətəndaşlığı üçün müraciət edə biləcəklər