Qarabağ ermənilərinə, görün, hansı pasport verilibmişbackend

Qarabağ ermənilərinə, görün, hansı pasport verilibmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin ləğvi prosesini aparır.

NOCOMMENT.az globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni ekspert Karen İgityan deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti qarabağlılara verdiyi pasportların sadəcə turist sənədi olduğunu bildirib, həmin ermənilərin isə Ermənistan vətəndaşı olmadığını deyiblər:

“Bu o deməkdir ki, Ermənistan hökuməti verdiyi sözü tutmur və sabah Tavuş, Sünik və hətta İrəvanda yaşayan vətəndaşlar da eyni vəziyyətə düşə bilər”.

İgityan Ermənistan hökumətinin bəzi addımlarının etnik intiharı xatırlatdığını deyib:

“Hakimiyyət Qarabağdan imtina etdi, “soyqırım”ı beynəlxalq səviyyədə tanıtmaq və qınamaqdan imtina etdi, konstitusiyadan imtinadan hazır vəziyyətə gəldi. Belə bir anda Bakıda yeni tələb gəlir Xocalını soyqırım kimi tanımalısan”.