Paşinyanın Türkiyəyə sanksiyası: İran sevindi…backend

Paşinyanın Türkiyəyə sanksiyası: İran sevindi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Türkiyənin 2250 adda məhsulunu İran malıyla əvəz edəcək.

NOCOMMENT.az axar.az xəbər verir ki, bu məlumatı “Mehr” agentliyi öz mənbəsinə istinadən yayıb. Agentlik bunun İran istehsalçıları üçün yaxşı imkan olduğunu bildirib.

Mənbə Ermənistanın növbəti addımının İrandan yanacaq tədarükünün olacağını söyləyib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Vətən müharibəsində Azərbaycana yardımından dolayı Türkiyəyə 6 aylıq “sanksiya” tətbiq edib.

Nikolun bu “sanksiya” qərarı sosial şəbəkələrin erməni seqmentində belə gülüş hədəfinə çevrilib. Belə ki, Ermənistan bazarının hazırda hansı səviyyədə olduğu hər kəsə bəllidir və belə bir cırtdan, iqtisadi potensialı olmayan bir ölkənin Türkiyəyə sanksiyası gülüş doğurmaya bilməz.