Paşinyanla Blinken Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblərbackend

Paşinyanla Blinken Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verməyə hazırdır.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken noyabrın 15-də Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı bildirib.

Tərəflər telefon danışığı zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, xüsusilə xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirdikləri görüşü müzakirə ediblər.

E.Blinken və N.Paşinyan humanitar məsələlərin həlli də daxil olmaqla, regionda təhlükəsizlik və sabitlik səviyyəsinin artırılmasına yönəlmiş addımların müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.