Patruşev: “Yaponiya müstəqil şəkildə nüvə silahı….”backend

Patruşev: “Yaponiya nüvə silahı istehsal etmək qabiliyyətinə malikdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Yaponiya müstəqil şəkildə nüvə silahı və qitələrarası ballistik raketlər istehsal edə bilər.

NOCOMMENT.az xəbər verir ki, bunu “Rossiyskaya qazeta”ya müsahibəsində Rusiya Federasiyası Dəniz Kollegiyasının sədri Nikolay Patruşev deyib.

“Yaponiya hazırda müstəqil olaraq istənilən silah sistemini, o cümlədən nüvə silahı istehsal etmək qabiliyyətinə malikdir”, – Patruşev bildirib.

Patruşev əlavə edib ki, yapon siyasətçiləri özünümüdafiə qüvvələrinin xaricdəki hərbi obyektlərə, o cümlədən qabaqlayıcı zərbələr endirmək hüququnu qanunla təsbit etməyə çalışırlar.