Paytaxtda ətə yox, toyuğa tələbat artır – Ciddi səbəblər… / Qida mütəxəssisi danışdıbackend

Paytaxtda ətə yox, toyuğa tələbat artır – ciddi səbəbləri… / Qida mütəxəssisi danışdı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ötən gün media açıqlamasında deyib ki, ətə olan tələbatın azalması və paytaxt sakinlərinin əsasən toyuq məhsullarına üstünlük verməsi bazarda qiymət artımına səbəb olur, Yəni toyuq məhsullarına tələbat artır, qiymətlərin bahalaşma ehtimalı yüksəkdir. Ancaq istehsal da artarsa, bu bahalaşmanı azalda və ya tamamilə qarşısını ala bilər.

İstehlakçı olaraq bilirik ki, toyuq əti mal, qoyun və quzu ətinə nisbətən çox ucuzdur. Amma təbii ki, tək bu paytaxt sakinləri arasında toyuğa marağı artıran səbəb ola bilməz .

Mövzu ilə əlaqədar NOCOMMET.az-ın suallarını Qida təhlükəsizliyi mütəxəssisi Ağa Salamov cavablandırır:

-Son zamanlar sosial şəbəkələrdə Azərbaycana müxtəlif ölkələrdən gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvanların əti ilə bağlı paylaşımlar edilir. Məsələn, Ukraynadan, Monqolustandan gətirilən ətlərin yerli ətlərin qiymətinə nisbətdə ucuz olması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmır.

– Əvvəlcə onu qeyd edim ki, xaricdən ölkəyə gətirilən ətlərin keyfiyyətinə şübhə edənlər, ətin , ölkəyə gətirilməsi , yoxlanması, nəzarəti haqqında bilgisi olmayanlardır. Xaricdən gətirilən ət və ət məhsulları əvvəl Dövlət Gömrük Komitəsinin nəzarətindən keçir . AQTA-nın regional bölmələrinin əməkdaşlarının nəzarəti ilə yükə baxış keçirilir, məhsullardan nümunələr götürülür, müayinə məqsədilə laboratoriyalara təqdim olunur. Laborator analiz nəticələri qida təhlükəsizliyi tələblərinə cavab verdikdə, ət dövriyyəyə buraxılır. Bu sahədən başı çxmayanların Braziliya, Ukrayna, Monqolustan ətinini təhlükəli hesab etməsi sırf bilgisizlikdir. Ümumiyyətlə, Azərbaycanda satılan hər bir ət məhsulunun mənşəyini təsdiq edən sertifikat var .

– Bəs , yerli ətlə , xarici ətlərin fərqi nədir ki, onlar 12 manata satılır?

– Dadı! Baxmayaraq xarici ətin də , yerli ətin də tərkibində eyni vitamin var , zülal, yağ, karbohidratlar, mineral maddələr eyni səviyyədədir, amma adıgedən ölkələrdən gətirilən ətin dadı ilə Azərbaycanda yetişdirilən, böyüdülən iri və xırda buynuzlu heyvanların əti ilə müqayisəyə gəlməz. Mən bir neçə il Almaniyada yaşamışam.Orada belə Azərbaycanın yerli istehsalı olan mal-heyvan ətinin dadını verən bir ətə rastlamadım. Məcbur idim orada satışda olan merinos qoyunlarının ətindən yeyirdim.Yəni, dünyanın harasına gedirsən get, bizim yerli ətin dadını heç yerdə ala bilməyəcəksiniz. Təbii ki, Qarabağ quzusunun ətinin yerini “Monqol quzusu” verməyəcək. Məhz bu səbəb insanların xaricdən gətirilən ətlərdən uzaqlaşdıra bilər.

– Yerli quzu əti 23-27 manata qalxıb…

– Bəli, bahadır. Amma buna görə ətdən imtina etmək olmaz. Monqolustan quzusunun ucuzluğu aztəminatlı ailələr üçün müəyyən qədər üstünlükdür. Xarici ölkələrdən gətirilən ətlərin tərkibi ilə yerli ətin tərkibi eyni olduğunu nəzərə alın və daha ucuz olan mal, qoyun , quzu , keçi ətindən istifadə edin. Qeyd etdiyim kimi, tərkibi eynidir.

– Paytaxt sakinlərinin ətdən uzaq durub, toyuq ətinə meyillənməsinin bir səbəbi də son günlər itibuynuzlu mal-qarada dabaq xəstəliyinin olması ilə bağlı xəbərlərin yayılması ola bilərmi?

– Düzdür, hazırda dabaq xəstəliyi var. Amma bu o demək deyil ki, Azərbaycanda olan iri və xırdabuynuzlu heyvanların hamısı dabaq xəstəsidir. Belə deyil.Təbii ki, xəstə olmayan heyvanlar da var və onların satışı baytar rəyi və nəzarəti altında davam edir. Satışa çıxarılan heyvanların da dabaq xəstəliyini daşıma ehtimalı sıfırdır. Çünki burada baytarların nəzarətindən keçən məhsullardır. Yəni alıcının gözünü qorxudulması, dabaq xəstəliyinin şişirdilməsi, ətin morfoloji xüsusiyyətlərini, qida təhlükəsizliyi qanunlarını bilməyən, ümumiyyətlə ətin bişirilməsindən, xüsusiyyətlərindən, soyudulması və isidilməsindən, təqdimatından, buzunun açılmasından, daşınmasından, saxlanılmasından, emalından anlayışları olmayan adamlar yayır .

Ona görə də, toyuq və toyuq məhsullarına tələbat artıb.

– Qırmızı ətdən imtina etmək, yeməmək də ziyandır?

– Ətdən tamamilə imtina etməyin bədənə müxtəlif ziyanları ola bilər, xüsusən hamilə qadınlarda bu daha tez baş verər. Belə ki, bu zaman insanda metabolizm proseslərində minerallar və mikroelementlərin çatışmazlığı müşahidə olunur ki, bu da səhhətdə, zahiri görünüşdə, psixoloji durumda özünü biruzə verir. Ət dəmir, vitamin D və B12 qaynağıdır. Ətin hardan alınmasına, hansı ölkədən gətirilməsinə baxmayaraq, ondan imtina etmək olmaz!

Əntiqə Rəşid