Paytaxtda sıxlıq olan yolların SİYAHISIbackend

Paytaxtda sıxlıq olan yolların SİYAHISI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən NOCOMMENT-ə verilən məlumata görə, sıxlıq olan yollar aşağıdakılardır:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. “20 Yanvar” dairəsində;
3. Ziya Bünyadov prospekti Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
4. Alı Mustafayev küçəsi Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi “20 Yanvar” metro stansiyası istiqamətində;
6. Mikayıl Əliyev küçəsi Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);
7. Üzeyir Hacıbəyli küçəsi Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Babək prospekti mərkəz istiqamətində;
9. Qara Qarayev prospekti “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;
10. Sabunçu-Zabrat şosesi “Koroğlu” metro stansiyası istiqamətində.