Peçenye yeyən uşaqlar sağlam deyilbackend

Peçenye yeyən uşaqlar sağlam deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqlıqdan menyuya daxil edilən, səhər axşam qəlyanaltı kimi istifadə edilən, uzun müddət saxlama müddəti olan peçenyelər sağlam qida deyil və heç bir faydası yoxdur.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, dietoloq Tatyana Solnçeva peçenyenin zərərlərini açıqlayıb.

“llk növbədə bu qənnadı məmulatıdır, onun tərkibində arzuolunmaz maddələr var.

Tipik olaraq, peçenye ağ un, şəkər və yağdan hazırlanır. Ağ un və şəkər bədənə yük yarada bilən yüksək səviyyədə karbohidratların mənbəyidir. Şəkər həmçinin qan şəkərinin səviyyəsinin dəyişməsi və diabet riskini artıra bilər.

Peçenyeni rəfdə uzun aylar saxlamaq üçün ona hidrogenləşdirilmiş yağlar qatılmasıdır.

Hidrogenləşdirilmiş yağların tərkibində çox sağlam olmayan yağlar olan trans izomerlər var.

Qidada trans yağların minimum miqdarına qəbul etmək və hətta onları pəhrizdən tamamilə çıxarmaq tövsiyə olunur.

Belə ki, peçenye rahat və asan qəlyanaltı olsa da, tərkibində ağ un, şəkər və yağlar, o cümlədən trans yağlar olduğuna görə onları çox yemək olmaz.

Valideynlər isə az qala hər gün uşağa peçenye verir.

Peçenyeni özünüz evdə az şəkərlə və marqarinsiz, kərə yağı ilə hazırlaya bilərsiz”.