Pedofillərin cəzası artırılır – 8 il həbsbackend

Pedofillərin cəzası artırılır – 8 il həbs

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seksual xarakterli zorakılıq hərəkətlərinə görə cəzalar artırılır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə qeyd olunub.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsa, layihəyə əsasən bu əməllərə görə dörd ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzasının tətbiqi təklif olunub.