Pentaqon münaqişə zamanı kosmik imkanlardan istifadə edə bilərbackend

Pentaqon münaqişə zamanı kosmik imkanlardan istifadə edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirinin Kosmik Məsələlər üzrə köməkçisi Con Plamb bildirib ki, Pentaqon münaqişə zamanı kosmik imkanlarından istifadə etməyə hazırlamaq üçün özəl şirkətlərlə əməkdaşlığı gücləndirir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Biz kommersiya kosmos həllərini gündəlik sülh əməliyyatlarımıza inteqrasiya etmək istəyirik ki, münaqişə zamanı onlara etibar edə bilək”, – deyə Plamb bildirib.

O, əlavə edib ki, Müdafiə Nazirliyi birgə qüvvələrə kömək etmək potensialı olan özəl şirkətlər üçün yeni imkanların inkişafına dəstək verə bilər.