Pentaqonun rəhbəri Pit Heqset Varşavaya səfər edəcəkbackend

Pentaqonun rəhbəri Pit Heqset Varşavaya səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqonun rəhbəri Pit Heqset fevralın 14-də Varşavaya səfər edəcək.

NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə Polşa Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Cümə günü, fevralın 14-də Varşavada baş nazirin müavini və milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış ABŞ-ın müdafiə naziri Pit Heqset ilə görüşəcək”, – Polşa Müdafiə Nazirliyindən bildiriblər.

Onlar əlavə ediblər ki, Heqset və Kosinyak-Kamış arasında danışıqların mövzusu ikitərəfli əməkdaşlığın inkişafı, birgə layihələr və NATO-nun şərq cinahında çəkindirici tədbirlərin davam etdirilməsi olacaq.