Ermənistanın siyasi oyunları və buraxdığı səhvlər bu ölkə üçün mənfi nəticələrə səbəb olub.
NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” ekspert şurasının üzvü Aleksandr Perenciyev deyib.
“İndi Ermənistan faktiki olaraq Rusiyanı Azərbaycanla münaqişəyə cəlb etməyə çalışır. Çünki Azərbaycan və indiki halda Türkiyə Kremlin strateji tərəfdaşlarıdır. Onu da utmaq olmaz ki, Əfqanıstandan ABŞ qoşunlarının çıxarılması ilə əlaqədar indi orada Rusiya ilə birlikdə yalnız Türkiyə və Azərbaycan qalıb.
Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasının olmaması Moskvanın Ankara və Bakı ilə normal qarşılıqlı əlaqəsinə mane olur. Ermənistan isə sərhədlərin demarkasiyası prosesini uzatmağa çalışır, çünki bu məsələnin həlli ölkə rəhbərliyində olan qisasçıların ümidlərini tam şəkildə məhv edir. Kremlin İrəvanın bütün məkrli planlarından xəbəri var”, – deyə o bildirib.