Perinçek: Putin-Ərdoğan danışıqları ABŞ-ın planlarını poza bilərbackend

Perinçek: Putin-Ərdoğan danışıqları ABŞ-ın planlarını poza bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Kazanda keçirilən BRİKS sammitində aparacağı danışıqlar ABŞ-ın Suriya ilə bağlı planlarını məhv edə, Dəməşq ilə Ankara arasında münasibətlərin möhkəmlənməsinə gətirib çıxara bilər.

NOCOMMENT.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Türkiyənin Ana Vətən Partiyasının başqanı Doğu Perinçək deyib.

“Atlantik planları və ABŞ-ın Suriyadakı planlarını dayandıra və məhv edə biləcək yeganə faktor liderlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın simasında Ankara və Moskvanın əməkdaşlığı və onların qarşıdan gələn danışıqlarıdır (BRICS-in Kazanda keçirilən sammitində – red.) ”, – deyə siyasətçi qeyd edib.

Rusiya və Türkiyə arasında qarşılıqlı fəaliyyət Türkiyə, Suriya, İran, İraqın ərazi bütövlüyünün dəstəklənməsi, eləcə də ABŞ və İsrailin regionda təsirini gücləndirmək planlarının qarşısının alınmasında mühüm amilə çevriləcək.