Peter Siyarto: “Yeni sanksiyalar deyil, sülh planı üzərində düşünün”backend

Peter Siyarto: “Yeni sanksiyalar deyil, sülh planı üzərində düşünün”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Budapeşt Avropa İttifaqının (Aİ) Ukrayna böhranının sülh yolu ilə həlli planı üzərində düşünmək əvəzinə Rusiyaya qarşı sanksiyalar siyasətini davam etdirməsindən narahatdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə nazir öz “Facebook” səhifəsində yazıb.

“Təəssüf ki, gündəmdə sülhə yönələcək plan təklifi yoxdur. Əslində isə əksinə: yenidən Avropa İttifaqı növbəti sanksiyalar raundunu qəbul etməklə Vaşinqton, liberal media və qeyri-hökumət təşkilatları ilə yarı yolda görüşmək istəyir, bu dəfə heç bir mənası yoxdur”, – deyə Siyarto yazıb.

Onun sözlərinə görə, Ukrayna böhranının ikinci ildönümü Avropa rəhbərliyi üçün hərbi əməliyyatların dayandırılması və sülh danışıqlarının təşviqi üçün fürsət olmalıdır.