Peyvənd olunanların sayı açıqlandıbackend

Peyvənd olunanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada 2 140 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 541, ikinci doza vaksinləri sayı 188-dir. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 254-dür. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 157 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 776 901, birinci doza peyvəndlərin ümumi sayı 5 358 266, ikinci doza vaksinlərin sayı 4 854 859 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 313 744, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 250 032 olub.