Peyvənd olunanların sayı açıqlanıbbackend

Peyvənd olunanların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 20 738 vaksin vurulub.

“NOCOMMENT” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 701, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 247 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 14 790 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 066 874, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 140 913, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 641 869 nəfər təşkil edir.

Ümumilikdə isə 1 284 092 buster doza vurulub.