Peyvənd olunanların sayı açıqlanıbbackend

Peyvənd olunanların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, bir gündə 29 596 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 044, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 504, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 048 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 701 685, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 203 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 717 982, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 780 329 təşkil edir.